Onlayn ictimai-siyasi qəzet
"Mayın 30-u idi, gecə dedi ki, gedək bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi... Onun bu gülüşünü dərhal çəkmək istədim. O, mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım mənim həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam".
Musavat.com xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial media hesabında yazıb.
O, aktrisaya məxsus olan instaqram səhifəsində onun görüntüsünü yayımlayaraq bunları əlavə edib:
"Qayınatam mənə söylədi ki, Röyal, sənə icazə verirəm ailə qur. Dedim ki, evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib. Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ