Onlayn ictimai-siyasi qəzet
CNN-in yeni araşdırmasına görə, Şimali Koreya ərazisində Rusiya tərəfindən maliyyələşdirilən raket zavodunun genişləndirilməsi prosesi həyata keçirilir. Genişləndirmə adı altında əslində yeni və daha müasir raketlərin istehsalına başlanıldığı ehtimal edilir.
Musavat.com-un məlumatına görə, bu planın bütün maliyyə yükünü Rusiya öz üzərinə götürüb. Bu addım, Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə ediləcək daha müasir və güclü silahların istehsalını təmin etmək məqsədi daşıyır.
Araşdırmalar göstərir ki, zavodun genişləndirilməsi yalnız mövcud istehsal gücünü artırmağa deyil, həm də yeni texnologiyalarla təchiz olunmuş raketlərin istehsalına yönəlib. Bu da Rusiya-Şimali Koreya hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir.
Bu əməkdaşlıq beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla qarşılanır. Şimali Koreyanın hərbi potensialının artırılması, xüsusilə də bu gücün Ukraynaya qarşı istifadə olunma ehtimalı, bölgədə və dünya miqyasında gərginliyi daha da artıra bilər.
ABŞ və müttəfiqlərinin bu vəziyyətə qarşı hansı addımlar atacağı maraqla gözlənilir. Şimali Koreya və Rusiya arasında bu yaxınlaşma yeni beynəlxalq sanksiyalara və geosiyasi münaqişələrin dərinləşməsinə səbəb ola bilər.
Yazının orijinalı burada
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ