Onlayn ictimai-siyasi qəzet
Tunisdə prezidentliyə namizədi Ayachi Zammel rəhbərlik etdiyi "Azimun" partiyasının ehtiyacları üçün sponsor tapmaqda saxtakarlıq ittihamı ilə həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
Zammel bazar ertəsi Milli Qvardiya əməkdaşları tərəfindən saxlanılıb. Bu iş üzrə məhkəmə dinləməsi 5 sentyabrda keçiriləcək.
2 sentyabrda Müstəqil Seçkilərin Keçirilməsi üzrə Ali Orqanın sədri Faruq Buaskar 6 oktyabrda keçiriləcək seçkilərə qatılmasına icazə verilən üç şəxsin adlarını açıqlayıb. Bunlar keçmiş deputatlar Zuheyr Mağzaui və Ayachi Zammel, həmçinin hazırkı dövlət başçısı Qais Səiddir.
Seçki kampaniyası 14 sentyabrda başlayacaq.
Tunisdə əvvəlki prezident seçkiləri 2019-cu ilin payızında keçirilmişdi. Seçkilərin nəticələrinə görə, müstəqil namizəd kimi iştirak edən Səid ikinci turda seçicilərin 72,71% səsini toplayaraq "Tunisin Ürəyi" partiyasının nümayəndəsi Nabil Karuiyə qalib gəlmişdi.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ