Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya Çinlə hərbi əlaqələri kəsəcəyi təqdirdə, Ukrayna ilə Putinin şərtləri əsasında danışıqlara başlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Nəşrdə bildirilir ki, Putin 2025-ci ilin əvvəlində danışıqlara başlaya bilər, lakin həmin ilin sonuna qədər müharibəni davam etdirmək niyyətindədir. Bunun səbəbi isə Rusiyanın sovet dövrünə aid silah ehtiyatlarının həmin dövrə qədər tükənmə ehtimalıdır.
Materialda həmçinin qeyd olunur ki, Vladimir Putin üçün danışıqların əlverişsiz getdiyi hallarda Rusiya Ukraynaya qarşı hücumlarını daha da gücləndirəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ