Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder, “X” sosial şəbəkənin sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti və respublikaçı partiyadan bu vəzifəyə namizəd Donald Trampla müsahibə zamanı platformanın kiberhücumuna məruz qaldığını bildirib.
Bu barədə Mask sözügedən sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Görünür, “X”ə kütləvi DDOS hücumu olub. Ən pis halda biz daha az canlı dinləyici ilə işləməyə (Trampla müsahibə - Qeyd.) davam edəcəyik və söhbəti sonra dərc edəcəyik. Kütləvi hücum onu göstərir ki, çoxları Trampın dediklərini eşitməyin əleyhinədir. Bu müsahibə həqiqətən də yalnız qərar qəbul etməyə çalışan açıq fikirli müstəqil seçicilərə yönəlib” - o, aydınlıq gətirib.
Qeyd edək ki, müsahibə texniki problemlər səbəbindən planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb./Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ