Onlayn ictimai-siyasi qəzet
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının 16,000 federal hökumət işçisini sınaq müddəti ilə işdən çıxarmaq planını təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı CBS telekanalı yayıb.
Bildirilir ki, yeni qərar Kaliforniya ştatının aşağı instansiya məhkəməsinin işdən çıxarılan işçilərin işə bərpa olunmasını nəzərdə tutan hökmünü ləğv edib. İxtisarlar Energetika, Daxili İşlər, Xəzinədarlıq, Veteranlarla İş, Kənd Təsərrüfatı və və Müdafiə nazirliklərində aparılır.
Ali Məhkəmə qərarını aşağı instansiya məhkəməsinin qərarının “yalnız doqquz qeyri-kommersiya təşkilatının iddiaları əsasında” qəbul edilməsi ilə izah edib ki, bu da qanunun tələblərinə cavab vermir.
Telekanal bildirir ki, bir və iki illik sınaq müddətində olan federal hökumət işçiləri İlon Maskın nəzarəti altında ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) təşəbbüsü ilə hökumət aparatının ixtisarına dair genişmiqyaslı kampaniyanın ilk qurbanları olublar.
Bu, Amerika məhkəmə sistemində ilk belə hal deyil. Merilend ştatının federal dairə məhkəməsi hazırda Tramp administrasiyasının sınaq müddətində olan məmurları işdən çıxarmaq qərarına kollektiv şəkildə etiraz edən 19 ştatın iddiasına baxır.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ