Onlayn ictimai-siyasi qəzet
Ukrayna mediası xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bildirib ki, Rusiyada dəmir yollarında baş verən son partlayışların arxasında Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) və Xüsusi Əməliyyat Qüvvələri (SSO) dayanır.
Musavat.com xəbər verir ki, məlumata görə, ötən gün Kursk–Oryol dəmir yolunda minalar yerləşdirilib. Onlar şənbə günü aşkarlanarkən zərərsizləşdirmə əməliyyatı zamanı Rosqvardiya mühəndisləri həlak olub.
Bu gün isə Sankt-Peterburq–Pskov dəmir yolunda baş verən partlayış nəticəsində 15 yanacaq sisterni daşıyan lokomotiv relsdən çıxıb.
Hazırda hadisələrlə bağlı araşdırma aparılır, dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ