İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ukraynadakı münaqişəni 24 saata bitirmək vədi tənqid olunur

Respublikaçılar Partiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq vədini pisləyib.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” partiya nümayəndələrinin açıqlamalarına istinadən məlumat yayıb.

Arkanzas ştatının keçmiş qubernatoru, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Asa Hatçinson  deyib ki, “Tramp Rusiyaya verdiyi dəstəyi və Ukraynanı satmağa hazır olduğunu hamıya xatırlatdı”.

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi deyib: “Onun bəyanatı nə qədər gülünc görünsə də, mən onun Ukraynanı Putinə və Rusiyaya verməklə bunu etməyə çalışacağından şübhələnirəm”.

Daha əvvəl Tramp Ukrayna münaqişəsi ilə bağlı sualı cavablandırarkən demişdi ki, o, rusların və ukraynalıların ölməsini dayandırmaq istəyir. O, seçiləcəyi təqdirdə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşərək 24 saat ərzində münaqişəni həll edəcəyinə söz verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR