İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın tərəfdarı Konqres binasına hücuma görə 22 il həbs cəzası alıb

ABŞ-ın eks-prezidenti Donald Trampın tərəfdarı ABŞ Konqres binasına hücum etdiyinə görə 22 il həbs cəzası alıb. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kapitoliyə hücum zamanı Enrike Tarrio Vaşinqtonda olmasa da, məhkəmə onu “sui-qəsdin ali lideri” kimi tanıyıb.

"Proud Boys" ("Qürurlu oğlanlar") irqçi qruplaşmasının keçmiş lideri Enrike Tarrio 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirak etdiyinə görə 5 sentyabr çərşənbə axşamı Vaşinqton məhkəməsi tərəfindən 22 il həbs cəzasına məhkum edilib. Onu fitnədə günahlandırırdılar. Tarrionun cəzası 6 yanvar 2021-ci ildə iğtişaşçılar arasında ən ağır cəzadır. Tarrionun vəkilləri apellyasiya şikayəti verib.

İstintaq onun qiyam zamanı "Proud Boys"un hərəkətlərinə nəzarət etdiyini müəyyən edib. Müstəntiqlərin fikrincə, o, amerikalı sağçı ekstremistlər arasında “fövqəladə nüfuzlu şəxsdir”.

Bundan əvvəl məhkəmə "Proud" oğlanların daha iki liderini cəzalandırıb: Cozef Biqs 17 il, Ethan Nordin isə 18 il həbs cəzası alıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR