Onlayn ictimai-siyasi qəzet
Bəzi Respublikaçı siyasətçilər Donald Trampın siyasətinin seçkilərə mənfi təsir göstərəcəyini bildirirlər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.
Onların fikrincə, Trampın hərəkətlərinə cəmiyyətin münasibəti pisləşir və bu, partiya üçün ciddi nəticələrə yol açacaq.
Pennsilvaniyanı 2018-ci ilə qədər təmsil edən sabiq konqresmen Çarli Dent, "Cəmiyyətdə ciddi narahatlıq yaradan xaos və qarışıqlıq var" deyə bildirib. O, Trampın siyasi addımlarının potensial nəticələrini nəzərə almadığını və hər şeyə "ikinci dəfə qatlaşdığını" vurğulayıb.
Dent Trampın dünya düzənini dəyişdirməsi və hakimiyyətin bölünməsi prinsipinə zərər yetirməsi ilə bağlı xüsusi narahatlıq keçirir. Bu vəziyyətin Respublikaçılar üçün seçkilərdə böyük risk yaratdığı qeyd olunur.
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ