İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.

Bu barədə “HuffPost” portalı yazıb.

Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Yüksək xərclər sahələrin böyük ərazisi ilə bağlıdır ki, bunun mühafizəsinin təmin edilməsi üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi tələb olunur.

Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.

2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR