Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis gələn həftə 2024-cü il prezident seçkilərində iştirak üçün namizədliyini rəsmən bəyan edəcək.
Azpost.info bildirir ki, bu barədə öz mənbələrə istinadən Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, Respublikaçı Desantis mayın 25-də prezidentliyə namizədlik sənədlərini təqdim edəcək. DeSantisin həmin gün Mayamidə sponsorlarla görüş planlaşdırılıb.
Mənbənin sözlərinə görə, prezidentlik uğrunda mübarizəyə başlaması barədə rəsmi qərar mayın 29-da elan olunacağı gözlənilir.
Desantis Respublikaçıların məşhur və güclü namizədi olan Donald Trampa ciddi rəqib sayılır.
Bununla belə, Reuters-in son sorğusuna əsasən, Tramp hazırda 2024-cü il Respublikaçıların praymerizində liderlik edir.
07 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ