İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ovuclarındakı qırmızı ləkələr müzakirə mövzusu oldu: Prezidentliyə namizəd xəstədir?

ABŞ-nin keçmiş prezidenti və 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd Donald Trampın ovuclarında olan qırmızı ləkələr sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bill Klintonun keçmiş müşaviri Ceyms Karvill bu ləkələrin sifilis xəstəliyinə bənzədiyini iddia edib.

Bəzi sosial şəbəkə istifadəçiləri Trampın özünü dəmir ütü və ya təzə “ponçik”lərlə yandırdığını, bəziləri isə bunun ketçup ləkəsi olduğunu deyib.

Həmçinin bəzi son insidentlərin Donald Trampın səhhətinə pis təsir etdiyinə işarə ola biləcəyi qeyd edilib. Məsələn, onun sağ ayağını necə dartmağı, hədsiz yorğun və hətta bitkin göründüyü, tarazsız yerişi, Barak Obamanı Co Baydenlə səhv salması, bəzi insanların və yerlərin adlarını qarışdırması və nəzərəçarpacaq dərəcədə arıqlaması xatırladılıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR