Onlayn ictimai-siyasi qəzet
“ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası immiqrasiya siyasətinə görə ölkəni sonuncu yerə qoyub”.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin sabiq prezidenti Donald Trampın oğlu “Fox News”a bildirib.
Kiçik Donald Trampın fikrincə, bu, amerikalıları sonuncu, miqrantları isə birinci yerə qoyub.
“Onlar sərhədləri açmaqla, seçki təhlükəsizliyini pozmaqla və vətəndaş olmayanların səsverməsinə icazə verməklə ABŞ-ni sonuncu, vətəndaş olmayanları isə birinci yerə qoyurlar”, - deyə oğul Tramp bildirib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın oğlu demokratları və onlara xidmət edən medianı immiqrasiya problemini ört-basdır etdiklərinə görə tənqid edib. Onun sözlərinə görə, qanunsuz miqrantlar arasında terrorçuların, narkotik alverçilərinin və cinayətkarların sayı artıb.
Şahanə Rəhimli,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ