İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın nazirliyə namizədləri sui-qəsd təhdidləri ilə üzləşirlər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nazir postlarına namizəd göstərdiyi şəxslərdən bir neçəsi ölümlə hədələnib.

Musavat.com “Assoşieyted Press” (AP) agentliyinə istinadan xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının mətbuat katibi Karolin Levitt məlumat yayıb.

"Prezident Trampın kabinetinə namizəd olan və administrasiyaya təyin olunan bir neçə şəxs öz həyatlarına və onlarla birlikdə yaşayanların həyatına şiddətli, qeyri-Amerika təhdidlərinə məruz qalıb", - Levitt deyib.

Sözçü əlavə edib ki, təhdidlər partlayıcı qurğuların istifadəsindən tutmuş, saxta bəhanələrlə namizədlərin evlərinə silahlı hərbçilər də daxil olmaqla, fövqəladə hallar xidmətlərinin çağırılmasına qədər uzanıb. Levitt təhdidlərə operativ reaksiya verdiyinə və Tramp komandasının təhlükəsizliyini təmin etdiyinə görə ABŞ hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Noyabrın 5-də ABŞ Federal Təhqiqatlar Bürosu prezident seçkilərində qalib gələcəyi təqdirdə Tramp tərəfdarlarını güllələməklə hədələyən Miçiqan sakinini saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR