Onlayn ictimai-siyasi qəzet
Trampın müşavirləri Ukrayna münaqişəsinin bir gündə həll ediləcəyinə dair əvvəlki açıqlamaların reallıqdan uzaq olduğunu bildiriblər.
Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə müşavirlər qeyd ediblər ki, münaqişənin həlli üçün aylar, bəlkə də daha uzun vaxt tələb olunacaq.
Onların sözlərinə görə, Donald Trampın prezident seçkiləri kampaniyası zamanı münaqişəni prezident postundakı ilk gündə həll edəcəyinə dair vədi "seçkiqabağı iddialar"dan başqa bir şey deyil.
"Reallıqda bu cür mürəkkəb və çoxşaxəli bir böhranı bir gün ərzində həll etmək mümkün deyil. Diplomatiya və konkret addımlar tələb olunur ki, bu da zaman alacaq", - deyə müşavirlər qeyd ediblər.
Bu açıqlamalar Trampın seçkiqabağı ritorikasının mümkün icrası ilə bağlı suallar doğurub və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ