İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın inaqurasiyası - Orban, Zelenski və Elton Con yox, bəs kimlər var?

ABŞ-da 2025-ci ilin  terror hadisələri  ilə başlaması Donald Trampın yaxınlaşmaqda olan andiçmə mərasiminə təhdid kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki,  Yeni Orleanda izdihamın üzərinə hücum və Las-Veqasda Tramp Tower yaxınlığında “Tesla Cybertruck” un partlaması ABŞ-ın  yeni prezidentinə mesaj ola bilər.

Musavat.com xatırladır ki, ABŞ-ın seçki sisteminin daha bir qəribəliyi yeni prezidentinin vəzifəsinin icrasına başlamaq üçün 11 həftə gözləməsidir. Məsələn, Fransada prezident seçildikdən cəmi 10 gün sonra vəzifəsinə başlayır. Böyük Britaniyada səsvermənin ertəsi günü qalib gələn partiyanın lideri baş nazir olur. Əslində, ABŞ-ın əvvəllər seçilmiş prezidentləri vəzifələrinə başlamaq üçün daha çox - mart ayına qədər gözləyirdilər. Lakin 1933-cü ildən inauqurasiya günü 20 yanvar gününə təyin edildi. 

maxresdefault (2).jpg (82 KB)

Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimlərində adətən xarici səfirlər və digər diplomatlar iştirak edir. Belə görünür ki, 1874-cü ildən bəri ilk dəfə Tramp bu ənənəni pozmaq istəyir.

Trampın andiçmə mərasimində Kanadanın baş naziri Castin Trüdonun, Argentina prezidenti Xavyer Mileyin, Fransa prezidenti Emmanuel Makronun və İtaliyanın baş nazirinin iştirakı dəqiqləşib. Çin lideri Si Cinpinin  andiçmə mərasimində böyük ehtimalla iştirak etməyəcəyi deyilir.    İsrailin baş naziri Benyamin Netanyahu prostat vəzinin çıxarılması ilə bağlı son əməliyyata baxmayaraq, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə getmək niyyətindədir. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

İsrail tərəfi təkcə Netanyahunun səhhəti ilə bağlı deyil, həm də Beynəlxalq Cinayət Məhkəməsinin baş nazir haqda həbs qərarı ilə bağlı narahatlıq keçirir. İsrail tərəfi baş nazirin təyyarəsinin ABŞ-a gedən yolda ICC qərarının icra oluna biləcəyi ölkələrdən birinə təcili eniş etmə ehtimalından narahatdır.

1484931054.jpg (1.93 MB)

Macarıstanın baş naziri Viktor Orbanın da onların arasında olmadığı üzə çıxıb. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə dəvətini almayıb.  Trampın  Orbanı inauqurasiyada görmək istəməməsinin səbəbi açıqlanmır. Bildirilir ki,  bu Orbanın  Avropa İttifaqının Rusiyaya uduzması ilə bağlı son açıqlamaları ilə bağlıdır. Tramp Ukraynanın səlahiyyət müddəti mayda başa çatmış Vladimir Zelenskini də inauqurasiya mərasiminə dəvət etməyib. Trampın  Salome Zurabişvilini guya “Gürcüstanda legitim hakimiyyət” kimi andiçmə mərasiminə dəvət etməsi xəbəri isə təkzib olunub.  

Qeyd edək ki, iki əsrdən çoxdur ki, bütün Amerika prezidentləri 35 sözdən ibarət and içərək vəzifələrinə başladılar, mətni dəyişməz olaraq qalır və belə oxunur: “Mən Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsini vicdanla idarə edəcəyimə və Birləşmiş Ştatların Konstitusiyasını qorumaq, müdafiə etmək və dəstəkləmək üçün bütün səlahiyyətlərimi istifadə etməyə təntənəli surətdə and içirəm”.

ABŞ prezidentinin andiçmə mərasimində ənənəvi olaraq məşhurlar iştirak edir, bu dəfə ulduzlar az olacaq və ya heç olmayacaq kimi görünür. Artıq bir neçə musiqiçi, o cümlədən Elton Con və Şarlott Çerç mərasimdə çıxış etmək təkliflərini rədd etdiklərini açıq şəkildə elan etdilər. Məşhur DJ Mobi, ümumiyyətlə, sosial şəbəkələrdə yeni prezidentin administrasiyasını ələ salaraq, andiçmə mərasimində  iştirak təklifinin onda gülüş  doğurduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR