Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın xarici siyasət üzrə xüsusi nümayəndəsi Riçard Uitkoff aydınlaşdırıb ki, Ukraynanın beş regionunun Rusiyaya mümkün verilməsindən danışarkən o, yalnız bu ərazilərin artıq Rusiya qüvvələrinin nəzarətində olan hissələrini nəzərdə tutur.
Musavat.com xəbər verir ki, “The Wall Street Journal-a verdiyi müsahibədə Uitkoff Ukraynanın əsasən rusdilli əhalinin yaşadığı bölgələrə nəzarəti saxlamaqda daha az maraqlı ola biləcəyinə inandığını söyləyib. O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin danışıqlar zamanı xüsusilə Ukrayna əraziləri məsələsinə diqqət yetirib.
“Əgər söhbət əhalisinin əsasən rusdilli olduğu regionlardan gedirsə, onda Ukrayna onları saxlamaqda daha az maraqlı ola bilər”, - Uitkoff bildirib. O, Rusiyanın bu ərazilərə maraq göstərdiyini vurğulayıb, lakin Ukraynanın da bu ərazilərdə maraqlı olduğunu istisna etməyib.
Xatırladaq ki, Rusiya Ukraynanın 5 vilayətinin - Krım, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin ilhaqını elan edib. Bunlardan yalnız Krım tamamilə Rusiya hakimiyyətinin nəzarəti altındadır.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ