İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyan: "Hakimiyyət Süniki də təhvil verəcək"

"Nikol Paşinyan əvvəlcə Qarabağı "təslim edib və bunu həzm edib", indi isə eyni şey Sünik vilayəti ilə də baş verə bilər".

Musavat.com xəbər verir ki, bu iddia Ermənistanın revanşist Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan tərəfindən səslənib.

Onun sözlərinə görə, "autsorsinq" və digər yeni terminlər hakimiyyətin reallığı gizlətmək üçün istifadə etdiyi vasitələrə çevrilib. Aşotyan Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı baş verən prosesləri tənqid edərək bunun ardınca yeni güzəştlərin və təhvil siyasətinin gələ biləcəyini istisna etməyib.

Armen Aşotyan ayağında olan elektron nəzarət qolbağını jurnalistlərə göstərərək onun içində dinləmə cihazı ola biləcəyindən şübhələndiyini bildirib. Aşotyan əlavə edib ki, onun ölkədən çıxışına qoyulan qadağa hələ də qüvvədədir və bu, həm onun siyasi fəaliyyəti, həm də partiyanın beynəlxalq əlaqələri üçün ciddi maneədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR