Onlayn ictimai-siyasi qəzet
Valaamda Vladimir Putinlə görüşdə Aleksandr Lukaşenko seçki kampaniyası zamanı Donald Trampdan ötrü necə narahat olduğunu bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, analitiklərin fikrincə, Belarus prezidenti ABŞ-nin yeni prezidentinin komandası ilə münasibətlər qurmağa çalışır və vəziyyətin inkişafı Lukaşenkonun Moskva ilə Vaşinqton arasında geosiyasi parçalanmasına gətirib çıxara bilər.
Aleksandr Lukaşenko Belarusun dövlət siyasətinin perspektivləri danışarkən deyib: "Kimsə qarşımıza qapını bağlayıbsa, dünyada açıq qapılar çoxdur. Həm Rusiya, həm də Belarus bu gün çox ciddi dönüş yaradıb. Dünya bizim etdiklərimizi hələ qiymətləndirəcək. Biz yaşayırıq və yaşayacağıq. Bizim dünyamızda bizi heç kim diz çökdürə bilməyəcək. Biz maraqlarımızı müdafiə etməkdə qərarlıyıq".
Sonra o, “Oreşnik” sistemini Belarusa tədarük etmək planlarını təsdiqləyib. Lukaşenko deyib ki, Putin ona bu il bu prosesi başa çatdırmalı olduqlarını bildirib.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ