Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerika prezidentinin andiçmə mərasiminə xarici liderləri dəvət etməklə faktiki olaraq ənənənin əksinə getməyə qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Bununla belə, Çin Xarici İşlər Nazirliyi bildirib ki, onun yerinə prezidentin müavini Han Zheng andiçmə mərasimində iştirak edəcək.
Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, bundan əvvəl heç bir dövlət başçısı andiçmə mərasimi ilə əlaqədar ABŞ-a rəsmi səfər etməyib.
Dəvət alanlar arasında Argentina prezidenti Xavyer Miley və İtaliyanın baş naziri Corciya Meloni də var.
“Associated Press”in məlumatına görə, mərasimə Ekvador prezidenti Daniel Noboa və Paraqvay prezidentləri Santyaqo Penya da dəvət olunub və artıq orada iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Bundan başqa, ABŞ prezidentinin andiçmə mərasimində ilk dəfə olaraq Yaponiyanı xarici işlər naziri təmsil edəcək.
İnauqurasiyada dünyanın ən zəngin insanları, texnoloji rəhbərlər İlon Mask, Mark Zukerberq və Ceff Bezos da iştirak edəcək. Onlar üçün “Time” jurnalının qeyd etdiyi kimi, xüsusi yerlər ayrılıb – keçmiş prezidentlərin, Tramp ailəsinin üzvlərinin və gələcək nazirlərin yanında. Onlardan başqa, mərasimdə “TikTok, “Open AI”, “Google, “Apple” və “Uber” şirkətlərinin rəhbərlərinin də iştirakı gözlənilir.
Açılışda bəzi ulduzlar da iştirak edəcək. Xüsusilə, TMZ portalının məlumatına görə, tədbirdə boksçular Ceyk və Loqan Pol, stand-up komediyaçısı Teo Von, blogerlər Brays Hall və Nelk Boys, həmçinin televiziya ulduzu Keytlin Cenner, aktrisa Ember Rouz, UFC prezidenti Dana Uayt və teleaparıcı Meqin Kelli olacaq. Müğənni Kerri Andervud “America the Beautiful” mahnısını ifa edəcək.
Şahanə Rəhimli
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ