İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın andiçməsi - Melaniyanın şlyapası, İncilə əl basmaqdan imtina və “baqaj”dan çıxan mühafizəçi

Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimini bütün dünya izləyib. Mərasim həm səslənən mühüm bəyanatlarla, həm də maraqlı nüanslarla yadda qalıb. Tədbirdə kifayət qədər qəribəliklər olub ki, onlar da uzun müddət müzakirə olunacaq.

Melaniya Trampın şlayapası

f2b3fb8c-50ed-4986-869f-539a744e4c08.jpg (115 KB)

Trampın andiçmə mərasimində Melanyanın yenidən heyrətamiz geyimdə ictimaiyyət qarşısına çıxacağı gözlənilsə də, Melaniyanı hamını çaşdırıb. Ona görə də amerikalılar sosial şəbəkələrdə belə yazıblar: “O, dəfn mərasiminə gedirmiş kimi geyinib”. Amerikalı dizayner Erik Kavits tərəfindən hazırlanmış şlayapa birinci xanımın üzünü. demək olar ki, görünməz edib.

Xanım Tramp ərinin onu öpməsindən narahat olacağını da düşünməyib. Donald andiçmə mərasimindən əvvəl Kapitoli rotundasına daxil olarkən arvadının yanağına əlini uzatdıqda, onun papağının kənarına dəyib.

Stilsitlər isə hesab edir ki, birinci xanımın görüntüləri ərinin imicini və siyasətini əks etdirib. Keçən dəfə Tramp Melaniyanın 2017-ci ildə andiçmə mərasimindəki geyimində əks olunan, yüngül, nisbətən havalı və qadınlıq prinsipini təcəssüm etdirən “Amerika əzəməti” ideyası ilə hakimiyyətə gəlib.

Bu dəfə Tramp ciddi maneələri aşmalı və sərt tədbirlər tətbiq etməli olacaq güclü lider xəttini irəli sürüb. Melaniyanın geyimi onun ərinə dəstək olduğunu vurğulamaq məqsədi daşıyıb. Adam Lippesdən olan paltonun tünd mavi tonu manifest rolunu oynayıb və sərt hərəkət tələb edən dövrə işarə edib.

Mərasim proqramının son dəqiqədə dəyişməsi

132d8e18-74e6-4fe3-98a2-dfcf58b31efd.jpg (270 KB)

Seçkinin proqramı açılışa iki gün qalmış, soyuğa görə qəfil dəyişdirilib. Həmin gün havanın hərarəti mənfi 4 dərəcə olub. Mərasimi izləmək üçün bilet alan 240 mindən çox insan Donald Trampın şəxsən vəzifəyə başlamasını görmək imkanından məhrum edilib. İzdiham “Capital One Arena” xokkey stadionuna göndərilib, lakin hamı üçün kifayət qədər yer olmayıb.

Tramp həqiqətən də stadiona gəlib, lakin andiçmə mərasimindən cəmi beş saat yarım sonra. Ümumiyyətlə, bayram tədbirlərinin qrafiki nəzərdə tutulduğundan saatdan çox geridə qalıb.
ABŞ prezidentinin çıxışı uzun çəkib, hərbi parad Kapitolinin içərisində keçirilməli olduğa halda, kənarında baş tutub. İkinci parad orkestrlərin korteji ilə açılış mərasimi də dar qapalı stadiona reallaşdırılıb.

Yük yerindən çıxan mühafizəçi, İncilə and içməyən Tramp

Donald Tramp və Melaniya adət-ənənəyə uyğun olaraq, prezident Baydenlə çay içmək üçün Ağ Evə gələndə, təhlükəsizlik xidmətinin necə işlədiyini aydın görmək mümkün olub. Bircə məqam təəccüblü görünüb. Kortej avtomobili ünvana çatanda qara kostyumlu mühafizəçi əyilmiş vəziyyətdə avtomobilin yük yerindən çıxıb.

889bea43-d115-4ec7-83d3-bc208b319573.jpg (75 KB)

Andiçmə zamanı hər bir prezident onun üçün xüsusi məna kəsb edən kitab və ya sənəd seçə bilər. Məsələn, Lindon Conson katoliklərə məxsus olan dua kitabına əl qoyaraq and içsə də, Teodor Ruzvelt bunu ümumiyyətlə hər hansı müqəddəs kitabla etməyib.

Gözlənilirdi ki, Donald Tramp da əlini iki İncil kitabının üzərinə qoyub and içəcək. Lakin yeni lider əlini Melaniyanın tutduğu iki İncil kitabının və bir də Avraam Linkolna aid kitabın üzərinə qoymadan and içib. Müqəddəs kitablardan biri yeni liderin özünə məxsusdur və anası Meri Enn Makleod tərəfindən 1955-ci ildə 9 yaşında bazar günü məktəbini bitirdikdən sonra Trampa verilib.

fbc96303-4297-4c56-a98f-0bbc42b899e2.jpg (62 KB)

Trampın dindən siyasi arenada özünün xeyrinə istifadə etməsi onun prezidentlik və seçki kampaniyalarının bir hissəsi olub. O, fəal şəkildə ağ yevangelist xristianlardan dəstək istəyib və hüquq-mühafizə orqanları 2020-ci ildə etirazçıları Ağ Ev meydanından zorla çıxardıqdan sonra fotosessiyada İncildən istifadə edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR