İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Putin görüşündən İLK GÖRÜNTÜLƏR - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüşə dair yeni kadrlar yayımlanıb.

Musavat.com xəbər verir ki, bu, iki liderin təxminən 10 aylıq fasilədən sonra baş tutan ilk rəsmi görüşüdür.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın mülki təyyarəsini vurması hadisəsindən və Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı sərt tədbirlərin görülməsindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq və gərginlik yaranmışdı. Həmin gərginlik bir müddət “soyuq müharibə həddinə” qədər dəyərləndirilirdi.

Lakin son günlər vəziyyətin dəyişdiyi görünür. 7 oktyabrda Prezident İlham Əliyevin Vladimir Putini doğum günü münasibətilə təbrik etməsi rəsmi Bakı-Moskva xəttində “isti dalğanın” başlanğıcı kimi dəyərləndirilir. Düşənbədəki görüş də məhz bu prosesin davamı hesab olunur.

Görüşün detalları barədə rəsmi açıqlama hələlik verilməsə də, dünya və Kreml mediasının diqqət ayırması və kadrların geniş yayılması münasibətlərin normallaşması istiqamətində mühüm siqnal kimi qəbul edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR