İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın adamı Mask Zelenskini İSTEFAYA çağırdı: ÇIX, GET! CANLI

Ukrayna prezidenti Vladimir Zelenski istefa verməli, neytral ölkəyə köçməli və amnistiya almalıdır. Bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

İş adamı hesab edir ki, Zelenski “Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində” belə qərar verməlidir. Qeyd edək ki, ABŞ prezidentinin bəzi köməkçiləri Rusiya da daxil olmaqla, istənilən mümkün razılaşmanın bir hissəsi kimi Zelenskinin istefasında israr edirlər.

Əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır. “Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, - Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, martın 3-də “Reuters“ Ağ Evin sözçüsünə istinadən ABŞ prezidenti Donald Trampın Kiyevə bütün hərbi yardımların çatdırılmasını dayandırmaq barədə göstəriş verməsi ilə bağlı məlumat yayıb.

TVMusavat-ın bu gün saat 15:45-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR