İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan şok addım: Neft qiymətləri 50 dollardan aşağı düşəcək

ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında bəyan edib ki, Co Bayden administrasiyasının Venesuelanın neft-qaz ixracına qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılacaq.

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, Tramp administrasiyasının bu addımı atacağı gözlənilən idi: “Dəfələrlə qeyd etmişdim ki, ABŞ-ın neftin qiymətini düşürmək üçün əsas variantları: Venesuela neftinə qoyulan sanksiyaları ləğv etmək, öz şist neft istehsalını genişləndirməklə yanaşı Liviya və İraq neftinin istehsalını genləndirməkdir. Lakin bütün bunları kənara qoyub bircə Venesuela neftinin (303 milyard barellik neft ehtiyatlarının həcminə görə dünyada 1-ci yerdədir) dünya bazarlarına çıxışını təmin etsə, neftin bir barelinin qiyməti ən yaxşı halda 50 dollar olar. Çünk, Venesuela neftinin maya dəyəri şist neftdən də çox aşağıdır. Artıq ABŞ gözlənilən addımı atır. Marco Rubio öz sosial şəbəkə hesabında bu addımın atılacağı anonsunu verdi. Yəqin ABŞ burada da Venesuelaya investisiya qoyuluşu edərək şərik olacaq (Ukrayna kimi). Hər bir halda, hələ nəzərdə tutulan tariflərin 10 faizi tətbiq olunmayıb, inflyasiya təzyiqi ABŞ-da özünü göstərməyə başlayıb. ABŞ enerji qiymətlərini çökdürməklə artacaq inflyasiyanı kompensasiya etməyə çalışacaq”.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Elman Sadıqov

Ekspertə görə, Trampın siyasət sahəsində addımları nə qədər gözlənilməz olsa da, iqtisadi məsələlərdə gözlənilən addımlar daha rahat oxunur: “Çünki strategiyasını həyata keçirmək üçün müəyyən iqtisadi gedişləri etmək məcburiyyətindədir. Addımlarının proqnozlaşdırıla bilinən hissələri ilə bağlı, düşünürəm ki, gözlənildiyi kimi, Elon Mask həqiqətən dövlət sektorunda ciddi ixtisar və dəyişikliklərə getməklə dərin dövlətdə öz təsirlərini artırmağa başlayır. Korrupsiyaya qarşı mübarizə ilə səmərəliliyi artırmaq. Bu, fiskal siyasətdə konkret olaraq 6.75 trilyonluq büdcənin 1.83 trilyonluq (bu il sonu 2 trilyona çatması gözlənilir) büdcə kəsirinin minimallaşdırılmasına nail olmağa müəyyən dərəcədə yardım edəcək. Fiskal siyasətdə digər ölkələrdə də oxşar addımlar atılacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR