Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi son raket zərbələrinə sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Tramp öz açıqlamasında Moskvanın hücumunu kəskin şəkildə qınayıb:
“Bu gün Rusiyanın Kiyevə endirdiyi zərbə sadəcə iyrənc və kədərli idi. Mülki əhalinin hədəf alınması insanlığa qarşı cinayətdir”, – deyə o bildirib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi son dron və raket zərbələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ