İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan jurnalistlərlə bağlı yeni SƏRT QƏRAR: Bu yerlərə buraxılmayacaqlar...

ABŞ prezidenti Donald Tramp Associated Press (AP) jurnalistlərinin Oval kabinetə və Air Force One prezident təyyarəsinə girişinin qadağan ediləcəyini bildirib.

Musavat.com xəbər verir ki, buna səbəb agentliyin Meksika körfəzini "Amerika körfəzi" adlandırmaqdan imtina etməsidir.

"Associated Press sadəcə olaraq qanuna əməl etmək və reallığı qəbul etmək istəmir. İndi onun adı Amerika körfəzidir. Artıq Meksika körfəzi adlandırılmır. Onlar bizə heç bir yaxşılıq etmir, mən də onlara heç bir yaxşılıq etmirəm", – deyə Tramp vurğulayıb.

Bu qərar mediada geniş müzakirələrə səbəb olub və Tramp administrasiyasının mətbuata münasibəti ilə bağlı yeni suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR