Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Mask barədə verdiyi qeyri-adi şərhlə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" nəşri bu açıqlamanı Ağ Evdəki mənbələrə istinadla yayıb.
Məlumata görə, Tramp bu sözləri yaxın köməkçiləri ilə apardığı söhbət zamanı deyib:
“Mask — 50 faiz dahi, 50 faiz isə uşaqdır,” – deyə prezident onun haqqında bildirib.
Şərh sosial şəbəkələrdə və siyasi dairələrdə geniş rezonans doğurub.
Qeyd edək ki, İlon Mask son illər təkcə texnologiya sahəsində deyil, həm də siyasi bəyanatları və təşəbbüsləri ilə ABŞ rəhbərliyi ilə bir neçə dəfə gündəmə gəlib.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ