İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Çin mallarına zərbə: Güzəşt ləğv edildi

ABŞ prezidenti Donald Trampın administrasiyası Çin məhsullarına qarşı yeni ticarət məhdudiyyətləri tətbiq edib.

Musavat.com xəbər verir ki, “The New York Times”ın yaydığı məlumata görə, ABŞ bundan sonra dəyəri 800 dollara qədər olan Çin məhsullarının rüsumdan azad şəkildə ölkəyə daxil olmasına icazə verməyəcək.

Əvvəllər bu güzəştdən əsasən fiziki şəxslər və kiçik biznes nümayəndələri yararlanırdı. Lakin ticarət müharibəsi başlayandan sonra bu istisna hüququndan iri şirkətlər də aktiv istifadə etməyə başlamışdı. Nəticədə Tramp administrasiyası bu boşluğu bağlamaq qərarına gəlib.

Yeni qaydaya əsasən, artıq belə məhsullar da gömrük rüsumlarına tabe olacaq. Bu addım ABŞ-ın Çinlə ticarət münasibətlərində sərt mövqeyini bir daha nümayiş etdirir və Trampın “Amerika mallarına üstünlük verək” siyasətinin davamı kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR