İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan “bir istiqamətli küçə” AÇIQLAMASI

ABŞ prezidenti Donald Tramp Ottavaya qarşı tətbiq edilən tariflərə dair şərh verərkən iki ölkə arasındakı ticarət əlaqələrini “bir istiqamətli küçə” ilə müqayisə edib.

Musavat.com xəbər verir ki, Ağ Evin yeni rəhbəri bu barədə Endryus hava bazasında danışıb.

“Onlar bizim banklarımızı qəbul etmirlər, Kanada neft və enerji sahəsində çox sərt siyasət yürüdür, kənd təsərrüfatı məhsullarımızı öz bazarlarına buraxmırlar. Əslində, onlar çox şeyi buraxmırlar, amma biz hər şeyin gətirilməsinə icazə veririk. Bu, “bir istiqamətli küçə”dir. Biz Kanadanı ildə təxminən 200 milyard dollar məbləğində subsidiyalaşdırırıq – nəyə görə? Biz bundan heç nə qazanmırıq”, - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Kanada hökuməti ilə fikir ayrılıqları olmasına baxmayaraq, “Kanada xalqını sevir”.

“Əgər Kanada hakimiyyəti bunu istəyirsə, “gömrük tarifləri oyununun” istənilən qədər davam etdirilməsinə hazırıq”, - deyə ABŞ lideri əlavə edib.

Xatırladaq ki, Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara yeni tariflər tətbiq edilməsi barədə fərman imzalayıb. Sənəddə göstərildiyi kimi, Meksika və Kanadadan gətirilən mallara 25% tarif tətbiq olunacaq (Kanadanın enerji resursları üçün isə 10%). Çin məhsullarına əlavə 10%-lik tarif müəyyən edilib.

Trampın sözlərinə görə, bu addım “qanunsuz miqrantların və ölümcül narkotiklərin, xüsusilə də fentanilin ABŞ vətəndaşlarını öldürməsi ilə bağlı yaranan ciddi təhlükəyə qarşı” atılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR