İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan amerikalılara XƏBƏRDARLIQ- Çətin günlər yaxındadır  


ABŞ prezidenti Donald Tramp amerikalılara qarşıdan gələn çətin dövrlər haqqında xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsində yazdığı paylaşımda Çinin ABŞ-dan daha böyük zərər gördüyünü vurğulayıb. O, ABŞ-ın artıq iş yerlərini və biznesləri geri qaytardığını, əvvəlkindən daha sürətli böyüdüyünü bildirib.

Trampın sözlərinə görə, artıq 5 trilyon dollardan çox investisiya cəlb edilib və iqtisadiyyatda sürətli artım müşahidə olunur. "Bu iqtisadi inqilabdır və biz qalib gələcəyik. Çətin olacaq, amma nəticə tarixi olacaq. Biz Amerikanı yenidən böyük edəcəyik", - deyə o əlavə edib.

Ekspertlərin sözlərinə görə prezidentin mesajı ABŞ-ın iqtisadiyyatında baş verən müsbət dəyişikliklərə diqqət çəkərək, gələcəkdəki çətinliklərə qarşı xalqı hazırlamaq məqsədi güdür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR