Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Trampa üçüncü sui-qəsd cəhdində ittiham olunan 49 yaşlı Vem Millerin erməni olduğu məlum olub.
Musavat.com xəbər verir ki, "Fox News Digital"a verdiyi müsahibədə Miller ona qarşı irəli sürülən ittihamların yalan olduğunu və Trampı dəstəklədiyini bildirib.
"Həmişə yük maşınımın baqajında odlu silah daşıyıram", - deyə o açıqlamasında qeyd edib.
Miller özünün erməni olduğunu və bu adın qeyd olunmadığı sənədlərə malik olduğunu vurğulayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ