Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsdə cəhd edən şəxsin hansı motivlər əsasında hərəkət etdiyi hələ də müəmmalı olaraq qalır.
Msuavat.com türkiyə mediasına istinadən xəbər verir ki, Tomas Metyu Kruks adlı gənclə bağlı təfərrüat yalnız ondan ibarətdir ki, o, qocalar evində işləyib və tənha adam olub.
Bu, hələ məsələnin hamısı deyil. Belə ki, müstəntiqlər hələ də Tomas Metyu Kruksun məxfi xidmət agentləri və yerli polislərdən necə yayındığını anlamağa çalışırlar.
Səlahiyyətlilər yüzlərlə insanın ifadəsini alıb, atıcının telefonuna giriş əldə edib, onun avtomobilində və evində axtarış aparıblar.
Federal Təhqiqatlar Bürosu ehtimal edir ki, Kruksun mitinqə getdiyi avtomobildə bombanın hazırlanması üçün materiallar olub və o, atasının aldığı silahla təkbaşına hərəkət edib. Bununla belə, Trampa qarşı sui-qəsdin ideoloji motivini anlamaq üçün kifayət qədər aydın dəlillər aşkarlanmayıb.
Atəş açan şəxsin telefonuna giriş əldə edilməsinə baxmayaraq, effektiv nəticə əldə olunmayıb.
Kolerin sözlərinə görə, digər tələbələr ona geyindiyi paltarlara, o cümlədən çox zaman əynində olan ov paltarına görə lağ edirmişlər.
"Demək olar ki, hər gün onu məsxərəyə qoyurdular. O, sadəcə heç kimin yaxın durmadığı biri idi", - deyə Ceyson Koler jurnalistlərə bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ