İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskini YIXIB-SÜRÜDÜ: Sülh sazişindən imtina edib milyardlar alır

ABŞ-də prezidentliyə respublikaçıların namizədi Donald Tramp (Donald Trump) sentyabrın 25-də deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlardan milyardlar alır və Rusiyanın tammiqyaslı işğalını bitirəcək saziş razılaşdırmaqdan imtina edir. Tramp Vaşinqtonun Kiyevə ayırdığı yardımını tənqid edir. Onun mövqeyincə, Rusiya 2022-ci ilin fevralında hücuma başlamazdan öncə Ukrayna Rusiya prezidenti Vladimir Putinə güzəştə getməliydi.

"İstənilən saziş – hətta ən pis saziş belə indi baş verənlərdən daha yaxşı olardı. Pis saziş əldə etsəydilər belə, daha yaxşı olardı. Azacıq güzəştə gedərdilər və hər kəs sağ qalardı, binalar tikilərdi, qüllələr daha 2 min il salamat qalardı", – Tramp vurğulayıb.

Tramp bunları Şimali Karolinada seçki mitinqində deyib. Zelenski isə həmin vaxt Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edirdi.

Trampın öncəki iddiaları

ABŞ-nin keçmiş prezidenti Tramp əvvəllər də bir neçə dəfə iddia edib ki, o, ölkə başçısı olsaydı, Rusiya heç vaxt Ukraynanı işğal etməzdi, Ağ evə qayıdarsa, müharibəyə tezliklə son qoyacaq. Ancaq bunu necə edəcəyini konkret izah etməyib.

Bu ayın əvvəlində demokratların namizədi Kamala Harris ilə debatda Tramp Ukraynanın müharibəni udmasını istəyib-istəmədiyini deməkdən imtina edib.

2022-ci ilin fevralında işğal başlamazdan öncə Rusiya və Ukrayna arasında bir neçə dəfə danışıqlar keçirilib. Ancaq Kiyev Moskvanın tələblərini rədd edib. Tələblərə Rusiyanın Krım vilayətini qanunsuz ilhaqının, separatçıların nəzarətində olan Luqansk və Donetskin tanınması daxil idi.

Tramp görünür, Zelenskinin "The New Yorker"ə müsahibəsinə cavab verib. Zelenski deyib ki, "Tramp müharibəni necə dayandırmağı gerçəkdən bilmir, hətta bildiyini düşünsə belə".

Zelenski Nyu-Yorkda Baydenə "qələbə planı"nı təqdim edəcəyini bildirib. Plana ABŞ-nin verdiyi uzaqvuran silahlarla Rusiyada hədəflərin vurulmasına icazə üçün xahişin də salındığı deyilir.

Nyu-Yorkda Trampla Zelenskinin də üzbəüz görüşəcəyi barədə xəbərlər vardı, ancaq ABŞ mediası bu görüşün təxirə salındığını yazıb.

Birgə dəstək bəyannaməsi

Ağ evin məlumatına görə, Bayden Ukraynanın bərpası və yenidən qurulması üçün birgə dəstək bəyannaməsi açıqlayıb. Təşəbbüsə azı 30 ölkə, o cümlədən "Böyük yeddilik" üzvləri, Aİ də daxildir.

Bayden, Zelenski və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Nyu-Yorkda bir araya gələrək Ukraynaya güclü dəstək nümayiş etdiriblər.

Ağ evin yaydığı sənəddə deyilir ki, Rusiya Ukraynada törətdiyi dağıntılardan ötrü kompensasiya ödəmək üçün beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıyır.

ABŞ Müdafiə Nazirliyi isə sentyabrın 25-də Vaşinqtonun Ukraynaya 375 milyon dollarlıq əlavə hərbi yardım ayıracağını bildirib. Paketə HIMARS sistemləri, minaya davamlı zirehli texnika, eləcə də tank əleyhinə "Javelin" raket kompleksləri və TOW idarəolunun raketlər daxildir./Azadlıq Radiosu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR