Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra onun seçki qərargahı ilə əlaqəli fondlar 200 milyon dollardan çox ianə toplayıb.
Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" mənbələrə istinadən yayıb.
Qəzetin yazdığına görə, yığılan vəsait yanvarın 20-də keçiriləcək inauqurasiyaya, siyasi fəaliyyətlərin və prezident kitabxanasının maliyyələşdirilməsinə yönəldiləcək.
Bildirilir ki, siyasətçinin andiçmə mərasimi üçün fondda artıq 150 milyon dollardan çox vəsait var, halbuki 2017-ci ildə bu mərasim üçün 107 milyon dollar toplanmışdı. İnauqurasiya üçün ianə verənlər arasında əczaçılıq nəhəngi "Pfizer", texnoloji nəhəng "Amazon", "ChatGPT" xidmətinin yaradıcısı "OpenAI", "Meta" və kriptovalyuta ilə məşğul olan müxtəlif firmalar var.
Qəzetin yazdığına görə, 1 milyon dolları aşan ianələr inauqurasiya tədbirlərində xüsusi imtiyazlar, o cümlədən Tramp və ya seçilmiş vitse-prezident Ceyms Devid Venslə kiçik çevrədə şam yeməyi etmək imkanı verir.
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ