Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi icraedici hakimiyyətin Avropadakı Amerika hərbçilərinin sayını birtərəfli qaydada azaltmasına qadağa qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, komitə tərəfindən təsdiqlənən 2026-cı maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsinə müvafiq bənd şəklində daxil edilib.
Komitənin açıqladığı izahatda bildirilir ki, sənəd “Ağ Evin müdafiə naziri ABŞ və NATO-nun maraqlarına uyğunluğunu qiymətləndirib hər hansı təhdid formalaşdırmadığına dair Konqresi əmin etməyincə Avropadakı ABŞ qüvvələrinin sayını və aktivlərini azaltmaq və ya ölkənin NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SAC) vəzifəsindən imtinasına dair qərar verməsini qadağan edir”. Eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə “hər hansı bu cür dəyişikliklərlə bağlı risklərin müstəqil qiymətləndirilməsi” tapşırılıb.
Ümumilikdə Senatın Silahlı Qüvvələr Komitəsi gələn il ABŞ-ın hərbi ehtiyacları üçün 924,7 milyard dolların ayrılmasını təsdiqləyib.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ