Onlayn ictimai-siyasi qəzet
Ötən gün axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında İranın nüvə proqramına qarşı mübarizə barədə gərgin telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, əvvəlki açıqlamalarla ziddiyyət təşkil edən məlumatlara görə, tərəflər razılığa gələ bilməyiblər.
Tramp Netanyahunu diplomatik yol axtarmağa çağırıb və “Yaxşı razılaşma əldə edə biləcəyimə inanıram” deyib. O, hər iki tərəfin faydasına olan bir razılaşma istədiyini vurğulayıb.
Qeyd edilib ki, danışıq əvvəlkilərdən daha gərgin keçib və anlaşma olmayıb.
Musavat.com
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ