İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanın Rusiya aktivlərinin müsadirəsi ilə bağlı təklifini rədd etdi

ABŞ prezidenti Donald Tramp Ukrayna hakimiyyətinin Rusiya aktivlərinin müsadirə edilərək silah alınması üçün istifadəsinə dair təklifini dəstəkləməyib.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Ukrayna rəsmiləri son həftələrdə ABŞ administrasiyası ilə görüşlərdə Qərbdə dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün Amerika silahlarının alınmasına yönəldilməsini təklif ediblər. Bildirilir ki, Kiyev bu məsələni birbaşa Trampın özü ilə də müzakirə edib, lakin keçmiş prezident bu ideyanı qəbul etməyib.

Qeyd edək ki, Qərbdə təxminən 300 milyard dollar dəyərində Rusiya aktivləri dondurulub. Ukrayna rəhbərliyi bu vəsaitin ölkənin müdafiə ehtiyaclarına yönəldilməsini tələb etsə də, Qərb ölkələri bu addımın mümkün hüquqi və siyasi nəticələrini nəzərdən keçirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR