İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanı “Rusiyanın bir hissəsi” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində Ukraynanı “Rusiyanın bir hissəsi” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə bazar ertəsi “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Amerika rəsmiləri qeyd edir ki, Ağ Evin keçmiş sahibi Avropa liderləri ilə söhbətində Ukraynanı “onların Ukraynası” və ya “Rusiyanın bir hissəsi” adlandırıb.

Onlar deyirlər ki, Tramp illərdir Ukraynanı korrupsioner ölkə kimi tənqid edib. Eks-prezident tez-tez Vaşinqtonun Kiyevi dəstəkləməsindən şikayətlənir.

Bütün dünyada hesab olunur ki, Tramp hakimiyyətə gəlsə, Ukraynanı müdafiə etməyəcək və onu, sadəcə olaraq, Rusiyanın qucağına atacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR