İnsanlara hürriyət, millətlərə istiqlal!

İran casusları İsrail təhlükəsizlik nazirinin qızı ilə əlaqə qurmağa CƏHD ETDİ

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şabak) bildirib ki, İran casusları İsrailin təhlükəsizlik naziri İtamar Ben-Gvirin 17 yaşlı qızı Hillel Ben-Gvir ilə əlaqə qurmağa çalışıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Tehrana bağlı casuslar özlərini musiqi prodüseri kimi təqdim edərək, yeniyetmə qızla ünsiyyət qurmağa və onunla şəxsi görüş təşkil etməyə cəhd göstəriblər.

Casuslardan biri “WhatsApp” vasitəsilə Hillelə yazaraq özünü Əhəd Daxbaş adı ilə tanıdıb və İsrailli məşhur repçi Hetzelin (Yoav Eliasi) prodüseri olduğunu iddia edib.

O, Hilleli qarşıdan gələn konsertdə “xüsusi çıxış” üçün dəvət edib və onun sənətçi ilə rəqs və ya musiqi ifasında iştirak edə biləcəyini bildirib.

Qızın ilkin müsbət cavabından sonra həmin şəxs görüş təklifi irəli sürüb və link göndərib. Hillel linki açmaq üçün bir neçə uğursuz cəhd etdikdən sonra onunla əlaqəni davam etdirməyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR