İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Tayvana hərbi yardımı təsdiqləməkdən imtina edib - SƏBƏB

ABŞ prezidenti Donald Tramp bu yay Tayvana 400 milyon dollardan çox hərbi yardımı təsdiqləməkdən imtina edib.

Musavat.com
xəbər verir ki, məlumatı “The Washington Post” yayıb. Beş nəfər nəşrə bildirib ki, imtina Trampın Çinlə əldə etmək istədiyi ticarət sazişi və Si Cinpinlə mümkün zirvə görüşünü müzakirə etmək cəhdi ilə bağlıdır.

Bildirilir ki, yekun  nöqtə qoyulmayan qərar Çinin öz ərazisi hesab etdiyi Tayvana münasibətdə ABŞ-ın siyasətində dönüşü göstərir. Vəziyyətlə tanış olan iki mənbəyə görə, paketin dəyəri 400 milyon dollardan çox olmaqla döyüş sursatları və avtonom pilotsuz təyyarələr də daxil olmaqla, Tayvana edilən əvvəlki yardımlardan “daha ​​ölümcül” olardı.

"Washington Post" əlavə edib ki, Ağ Ev sözçüsündən verilən açıqlamaya görə, yardım paketi ilə bağlı qərar hələ qəbul edilməyib. Tayvanın Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.

Nəşr qeyd edir ki, ABŞ ordusu uzun müddətdir ki, Tayvanın müdafiəsinə resurslar ayırır, Çin ordusu isə öz qüvvələrini sürətlə artırır və adanın ətrafında getdikcə daha genişmiqyaslı təlimlər keçirir.

ABŞ ordusu və kəşfiyyat rəsmiləri bildiriblər ki, Si Cinpin öz ordusuna 2027-ci ilə qədər Tayvanı ələ keçirməyə qadir olmağı tapşırıb, baxmayaraq ki, bu tarix işğal üçün son tarix deyil.

Eyni zamanda “The Post” yazır ki, avqust ayında Ankoricdə ABŞ və Tayvan müdafiə rəsmiləri arasında keçirilən görüşdə tərəflər irimiqyaslı silah satışı ilə bağlı razılığa gəliblər.

Dörd mənbəyə görə, Tayvan yeni silah daşınması üçün pul ödəməyi planlaşdırır ki, bu da milyardlarla dollar təşkil edə bilər. Bu, hazırda adanın hakimiyyət orqanları tərəfindən fəal müzakirə edilən əlavə müdafiə xərcləri haqqında qanun layihəsi vasitəsilə həyata keçiriləcək.

Mənbələr həmçinin bildirdilər ki, paket demək olar ki, yalnız dronlar, raketlər və sahil müşahidəsi üçün sensorlar kimi "asimmetrik" avadanlıqlardan ibarət olacaq. Lakin bu cür yeni nəsil silahların çatdırılması illər çəkə bilər. Taypey artıq milyardlarla dollar dəyərində silah, o cümlədən F-16 qırıcıları və Harpoon gəmi əleyhinə raketlər gözləyir.

Hərbi yardıma gəlincə, bu həftə Tramp administrasiyası qeyri-rəsmi olaraq Konqresi Tayvana 500 milyon dollarlıq mümkün silah satışı barədə məlumatlandırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR