İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Senatı avqust tətilinə buraxmaq istəmir

ABŞ Prezidenti Donald Tramp Respublikaçıların çoxluq lideri Con Tunun Senatın avqust tətilini ləğv edəcəyini gözləyir. Musavat.com xəbər verir ki, Tramp bunu Truth Social hesabında yazıb.

O, qeyd edib ki, bu, müxtəlif dövlət orqanlarında vəzifələrə namizədləri təsdiqləmək üçün lazımdır: “Ümid edirəm ki, son iki həftədə və həqiqətən də son altı ayda çoxlu qələbələr qazanmış parlaq Con Tun mənim gözəl namizədlərimi təsdiqləmək üçün avqust tətilini ləğv edəcək”.

Tramp hansı namizədlərdən danışdığını dəqiqləşdirməyib. Newsweek jurnalının yazdığına görə, bir neçə ştatda hakim vəzifələrinə ən azı 49 namizəd Senatda təsdiqini gözləyir.

Cari ilin təqviminə əsasən, Senat avqustun 4-dən sentyabrın 1-dək yay tətilinə çıxacaq .Bu müddət ərzində senatorların qanunverici orqanın yuxarı palatasında təmsil etdikləri ştatlarına getmələri gözlənilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR