Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxın aylarda Britaniya şahzadəsi Harrini ölkədən deportasiya edə bilər.
Musavat.com xəbər verir ki, bunu "Heritage Foundation" analitik mərkəzində fəaliyyət göstərən Marqaret Tetçer Azadlıq Mərkəzinin direktoru Nayl Qardiner "The Daily Express" qəzetinə verdiyi müsahibəsində deyib.
"Heritage Foundation" 2023-cü ildən etibarən şahzadə Harrinin ABŞ vizası alarkən narkotik istifadəsi barədə məlumat verib-vermədiyini öyrənməyə çalışır.
Bu məlumatın gizlədilməsi sənədlərin verilməsindən imtina üçün əsas ola bilər. ABŞ Daxili Təhlükəsizlik Departamenti 2023-cü ilin iyununda şahzadə Harrinin Kaliforniya ştatına köçdükdən sonra immiqrasiya sənədlərinin dərc edilməsi ilə bağlı "Heritage Foundation"ın müraciətini rədd edib.
“Biz bilmək istəyirik ki, o, immiqrasiya ərizəsi təqdim edərkən dürüst olub, ya yox. ABŞ immiqrasiya ərizəsində yalan məlumat göstərmək cinayət hesab olunur və bu şəxs ölkədən deportasiya edilə bilər. Biz bu məlumatların dərc olunmasını istəyirik ki, ABŞ xalqı şahzadə Harrinin immiqrasiya sənədlərində nələri qeyd etdiyini bilsin. Əgər onun qorxacaq bir şeyi yoxdursa, bu məlumatların açıqlanmasını dəstəkləməlidir”, - deyə Qardiner bildirib.
Ekspertin sözlərinə görə, əgər şahzadə Harrinin ərizədə yalan danışdığı ortaya çıxsa, o, ABŞ-dan çox tez deportasiya edilə bilər.
“Sənədlər iki il ərzində istənilən vaxt açıqlana bilər. Ümid edirəm ki, bu, yaxın bir neçə ay ərzində baş verəcək. Fikrimcə, prezident Tramp çox güman ki, onların açıqlanmasını əmr edəcək. Onun bunu etmək səlahiyyəti var”, - deyə ekspert vurğulayıb.
Cümə günü "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən məlumat yayıb ki, Tramp administrasiyası vəzifəyə başladığı gündən, yanvarın 21-də qeyri-qanuni mühacirləri kütləvi surətdə deportasiya etməklə bağlı kampaniya vədlərini həyata keçirməyə başlayacaq.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ