Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini bildirib.
Musavat.com-un xəbərinə görə, Tramp “Fox News”a müsahibəsində deyib ki, əgər Rusiya tərəfi Ukraynadakı münaqişəyə son qoymaq üçün razılığa gəlməsə, böyük tariflər tətbiq edəcək.
“Əgər bu müharibəni tezliklə bitirməsə, Rusiyaya böyük tariflər, böyük vergilər, həmçinin böyük sanksiyalar tətbiq edəcəyəm. Bunu etmək istəmirəm. Rus xalqını sevirəm. Onlar gözəl insanlardır”, - Donald Tramp bildirib.
Tramp müharibənin həlli üçün konkret variantlar təklif etmədən, dərhal başa çatdırılması istəyini növbəti dəfə ifadə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ