İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Romada Starmer, Meloni və Zelenski ilə görüşəcək – İtaliya mətbuatı


Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün bir müddət əvvəl həyat yoldaşı Melaniya ilə Romaya gələn ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Key Starmer və Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı İtaliyanın “La Repubblica” qəzeti yayıb.
Zelenskinin tədbirdə iştirakı sual altında idi, lakin indi onun adı, nəşrə görə, Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən jurnalistlərə verilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısındadır. Trampın səfərinin rəsmi marşrutuna görə, o, bu gün günorta Vatikanda keçirilən dəfn mərasimindən dərhal sonra Romadan ayrılacaq.

“La Repubblica” xəbər verir ki, onun Romada 15 saat olacaq. Qəzetin yazdığına görə, Tramp və Zelenski arasında görüşün Amerika səfirinin ABŞ prezidentinin qaldığı Taverna villasındakı iqamətgahında baş tuta biləcəyi ehtimal edilir.

Bundan əvvəl İtaliya mediası Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Romada Trampla görüşə ümid etdiyini yazmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR