İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp Putinlə danışıqları dayandırmaq istəyib"

Vladimir Putin Alyaskada Donald Trampla danışıqları zamanı ərazi iddialarında o qədər qəti davranıb ki, Amerika prezidenti bir anda görüşü erkən bitirməyə hazır olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Alyaskada keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin Ukraynanın beş bölgəsi, o cümlədən Donetsk üzərində iddialarda israr edib. Hazırda Rusiya Donetsk ərazisinin təqribən 75 faizinə nəzarət edir.

Putin bütün bölgələrin tam şəkildə Rusiyaya verilməsini tələb edib. Onun bu mövqeyi o qədər sərt olub ki, ABŞ prezidenti Donald Tramp görüşü vaxtından əvvəl dayandırmağa hazırlaşıb.

“Əgər məsələ yalnız Donetskdirsə və heç bir güzəşt olmayacaqsa, sadəcə olaraq bu görüşü davam etdirməməliyik”, – Tramp Putinə bildirib.

Axios-un mənbəsinə görə, bundan sonra Putin bu tələbdən geri çəkilib.

Hazırda ABŞ-ın əsas məqsədi Tramp, Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməkdir. Axios-un mənbəsi qeyd edib:

“Mən əminəm ki, Putin gözləyir – bazar ertəsi Trampın Zelenski və Avropa liderləri ilə görüşü necə nəticələnəcək. Amma gözlənti var ki, Putin Zelenski ilə də görüşəcək. Bunu təkcə Tramp deyil, xüsusi nümayəndə Stiv Vitkoff və dövlət katibi Marko Rubio da gözləyir.”

Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının Donetskdə vəziyyətlə bağlı bir neçə ssenarisi var. Onlardan birinə əsasən, Rusiya oktyabr ayına qədər bölgəyə tam nəzarət edə bilər. Digər ssenariyə görə isə, əməliyyat Rusiyanın gözləntilərini doğrultmayacaq və ciddi çətinliklərlə üzləşəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR