İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da təyyarə qəzası: Həlak olanlar var

ABŞ-ın Texas ştatında kiçikölçülü “Beech C90 King Air” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə Fort-Uort şəhərində yerləşən Hiks aerodromu yaxınlığında baş verib. Uçuş zamanı idarəetməni itirən təyyarə aerodromun yaxınlığında bir neçə yük maşınına çırpılıb. Toqquşma güclü partlayışa və yanğına səbəb olub. 

Hadisə yerinə yanğınsöndürən və xilasedici qruplar cəlb edilib. Federal Aviasiya Administrasiyası (FAA) qəzanın səbəblərinin müəyyən edilməsi üçün istintaqa başlayıb.

İlkin versiyalara görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb ola bilər. Təfərrüatlar araşdırıldıqdan sonra açıqlanacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR