Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə ona qarşı başladılmış “Ukrayna impiçmenti” ilə bağlı yeni araşdırmanın aparılacağına ümid etdiyini bildirib.
Musavat.com xəbər verir ki, Tramp həmin prosesi 1972-ci ildə ABŞ-da böyük siyasi sarsıntıya səbəb olmuş “Uotergeyt qalmaqalı” ilə müqayisə edib.
O, Truth Social sosial şəbəkəsində paylaşım edərək yazıb:
“Mənə qarşı yönəlmiş ‘Ukrayna impiçmenti’ saxtakarlığı, Uotergeytdən qat-qat geniş və qanunsuz əməliyyat idi. Ümid edirəm ki, müvafiq qurumlar, o cümlədən Konqres, bu iş üzrə araşdırma aparır”.
Xatırladaq ki, 2020-ci ildə ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment elan etmişdi. Lakin bu qərar Senatda rədd olunmuşdu. Rəqibləri iddia edirdilər ki, Tramp Ukraynaya təzyiq göstərərək o dövrdə prezidentliyə namizəd olan Co Bayden və onun oğlu Hanter Baydenin “Burisma” şirkətindəki fəaliyyətinə dair korrupsiya araşdırması aparılmasını tələb edib.
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ