Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində üçüncü dəfə atəşkəs elan olunduğunu açıqlayıb. O, bu dəfə sülh təşəbbüsünün Türkiyənin vasitəçiliyi ilə reallaşmasını təklif edib və 15 may tarixində İstanbulda Ukrayna ilə ön şərtsiz birbaşa danışıqlara başlamağı irəli sürüb.
Musavat.com xatırladır ki, Putin bəyanatında deyib: “Biz artıq qələbəmizi elan edirik və üçüncü dəfə atəşkəs elan etdiyimizi bildiririk. Türkiyə bu prosesdə sülh üçün çox çalışdı. İndi isə Ukrayna ilə birbaşa və ilkin şərtsiz danışıqların 15 mayda İstanbulda başlanmasını təklif edirik.”
Ukrayna Prezidenti Volodimir Zelenski isə Kremlin atəşkəs çağırışına cavab olaraq ölkəsinin danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.
15 may İstanbul görüşü, Ukrayna-Rusiya savaşının diplomatik masa üzərində həllinə çevrilə biləcək yeni mərhələnin başlanğıcı ola bilər.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ