Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat kanalının canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Rauf Arifoğlu ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə 50 gün vaxt verdiyini bildirib. Onun sözlərinə görə, bu müddət 24 avqustda – Ukraynanın Müstəqillik Günündə başa çatır və bu tarix təsadüfi seçilməyib.
“Tramp Putinə 50 gün vaxt verib. Və qərb ekspertlərinin də fikrincə, bu müddət 24 avqusta – Ukraynanın müstəqillik gününə təsadüf edir. Bu, sadə bir tarix seçimi deyil”, – deyə Arifoğlu vurğulayıb.
O bildirib ki, bu zaman çərçivəsində iki məsələ var, həm Putinə bir siqnal kimi göndərilib ki, əgər müharibədə irəliləyə biləcəksənsə, bu 50 gün ərzində bacardığın qədər ərazi tut. Rusiya da bu müddətdə canını, qanını, əsgərini fəda edib daha çox ərazi əldə etməyə çalışır.
Rauf Arifoğlu bu barədə xəbərlərin Rusiyanın TASS agentliyində hər gün yazıldığını bildirib: “Orada hər gün yazılır – buranı aldı, buranı vurdu, burada irəlilədi. Yəni Rusiya verilmiş 50 gündə mümkün qədər çox nəticə əldə etməyə çalışır”.
Ətraflı açıqlamanı videoda izləyə bilərsiniz.
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ